Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycanın “Akkord” tikinti korporasiyası Türkiyə iqtisadiyyatına 500 milyon dollar investisiya qoymaq niyyətindədir. Bu abrədə korporasiyanın Türkiyə bölməsinin rəhbəri Nurgün Çalbıyık bildirib. Trend xəbər verir ki, məlumatı bazar ertəsi Türkiyənin “Milliyyət” qəzeti yayıb.
Onun sözlərinə görə, hazırda “Akkord”un Türkiyə bölməsində mindən artıq əməkdaş çalışır.
Çalbıyık bildirib ki, bölmə Türkiyədə dağ-mədən hasilatı sahəsində 300 milyon dəyərində iki layihə reallaşdırır.
Korporasiya rəhbərinin sözlərinə görə, 2016-cı ilədək Türkiyə iqtisadiyyatına yatırılan sərmayələrin artırılması “Akkord”un prioritetlərindən biridir.
Çalbıyık deyib ki, Azərbaycanın tikinti korporasiyası Livanda, Suriyada və Fələstində bir layihələr həyata keçirmək niyyətindədir.